Azərbaycan sərhədindən keçid asanlaşacaq - Yeni marşrutlar yaradılır
Ölkə
25 Sentyabr 2017 7:14

Azərbaycan sərhədindən keçid asanlaşacaq - Yeni marşrutlar yaradılır


Turizm sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycanın qonşu ölkələrlə birgə bir sıra yeni marşrutların yaradılması üzərinə iş gedir.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan mövcud rəqabətə baxmayaraq, bir sıra dövlətlərlə turizm sahəsində sıx təcrübə mübadiləsi aparır. Təcrübədən əlavə, ölkəyə turistlərin cəlb edilməsi məqsədilə qarşlıqlı sərfəli şəkildə olmaqla birgə turizm marşrutlarının yaradılması da planlaşdılır. Həmin planların bir hissəsi yaxın gələcəkdə gerçəkləşəcək:

Ərəblərdən savayı Azərbaycana bu turistlərin də axını olacaq

"Biz artıq turizm sahəsində Türkiyə, Gürcüstanla sıx təcrübə mübadiləsi aparır. Təbii ki, turizm elə bir sahədir ki, burada böyük rəqabət var. Amma biz tutaq ki, Gürcüstanla rəqib ola-ola tərəşdaflıq da edirik. Məsələn, biz indi gürcülərlə birlikdə xüsusi marşrutlar üzərində işləyirik. Çalışırıq ki, Gürcüstana gələn xarici turistlər Laqodexi-Qax-Balakən-Qabələyə kimi gəlsinlər. Bu gürcülərə də sərf edir. Bu məqsədlə Azərbaycan tərəfi turistlər üçün rahat keçidi təmin etmək üçün sərhəd rejimini daha da liberallaşdıracaq. Biz istəyirik ki, turistlər sərhədi necə keçdiyini heç hiss etməsinlər.
Eləcə də, hazırda Dağıstanla və İranla ümumi marşrutların yaradılması üçün danışıqlar aparırıq. Məsələn, bizə gələn iranlılar Gürcüstana keçsin, Dağıstana gələnlər xaricilər "Düma marşrutu" ilə Azərbaycana gəlsin və ya Azərbaycana gələnlər Dağıstana getsin və s. Yəni ilk növbədə qonşu ölkələrlə bu sahədə sıx əməkdaşlıq etməyə çalışırıq.

Türkiyə ilə də bu münasibətlər var. Hazırda Türkiyə ilə Naxçıvan arasında birgə turizm marşrutunun yaradılması müzakirə edilir və yəqin ki, olacaq. Çünki bu, realdır. Daha bir layihə var ki, Türkiyənin şərqinə gələnlər Gürcüstana, oradan da Azərbaycana keçməklə Cənubi Qafqazın tam şərqinə gəlib çatsınlar. Bu məsələ bir az çətindir. Hələlik bununla bağlı müzakirələr gedir. Çünki 3 ölkəni əhatə etmək asan məsələ deyil".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 16 dekabr

Astroloji proqnoz - 16 dekabr

16 Dekabr 2017 00:05