Tarixin ən tükürpədici mumiya hekayəsi - Franklinin sirli kəşfiyyat yolu
Maraqlı
25 Sentyabr 2017 7:34

Tarixin ən tükürpədici mumiya hekayəsi - Franklinin sirli kəşfiyyat yolu


171 il öncə iki gəmi İngiltərə sahillərindən yola çıxdı və bir daha geri qayıtmadı.

Milli.Az dünya tarixinin ən qəribə və tükürpədici mumiya hekayəsi olan və illərdir cavabı tapılmayan bu hadisənin hekayəsini təqdim edir.

Hekayə ingilis hərbi donanmasında əsgər olan qütb fatehi Ser Con Franklinin yeni bir əməliyyata çıxması ilə başlayıb.

1845-ci ildə Franklinin başçılıq etdiyi 134 nəfərlik heyət iki gəmi ilə İngiltərənin Qrinhit limanından yola çıxıb. Dövrünün ən yeni texnologiyaları ilə təmin olunmuş bu gəmilərdə planlaşdırılan kəşf üçün bütün heyətə 3 ilə kifayət edəcək qədər ərzaq depolanıb. Səfərin ilk 3 ayında 5 nəfər heyətdən kənarlaşdırılıb və evinə geri göndərilib. Heyətdə 129 nəfər işçi qalıb. Məhz bu nöqtədən sonrakı hadisələr bu günə qədər müəmmasını davam etdirməkdədir.
Heyətin taleyi haqqında illərlə bir çox mübahisələr aparılıb və ortaya fərqli fikirlər atılıb. Ancaq araşdırmaçıların əksəriyyəti gəmilərin qütbdə buz dağına çırpıldığı və beləliklə, məhv olduğu iddiası üzərində dayanıblar.

Heyətə aid yeganə dəlil isə 1850-ci ildə amerikalı və ingilis araşdırmaçılar tərəfindən səfər bölgəsində aşkar edilən 3 məzardır.

1854-cü ildə isveçli kəşfiyyatçı Con Ray bölgədə yaşayan eskimos tayfalarını taparaq gəmi heyətinin başına nələr gəldiyini öyrənməyə çalışıb. Ray eskimoslarla yaşamağa başladıqdan bir müddət sonra bölgə sakinlərinin Franklinin heyətinə aid bəzi əşyalara sahib olduğunu görüb və yerli xalqdan bunları haradan götürdüklərini öyrənib. Beləcə heyətin həlak olduğu yeri tapıb və orada insan sümüklərinin olduğunu görüb. Rayın tapdığı sümüklərin çoxu qırılmış və zərər görmüş formada olduğu üçün o, heyətin adamyeyənlər tərəfindən məhv edildiyini düşünüb.

1980 və 1990-cı illərdə aparılan araşdırmalar da heyətin adamyeyənlər tərəfindən öldürüldüyünü təsdiq edib. Ancaq bunu edənlər bölgə sakinləri deyil, başqa bölgədən gələnlər olub.

Araşdırmaçıların belə düşünmələrinin səbəbi tapılan sümüklər üzərində bıçaq izlərinin olması olub. Hətta insanların aclıqlarını aradan qaldırmaq üçün öz heyətindəkilər tərəfindən yeyilməsi iddiası da ortaya atılıb.

Lakin heyətə məxsus əsgər olan Con Torrinqtonun ölümündən 138 il sonra cəsədinin tapılması hadisəni tam fərqli yönə çəkib. Onun cəsədi antropoloq Oven Beati tərəfindən kəşf edilib. Oven cəsədin mükəmməl bir formada qaldığını gördükdən sonra daha çox şübhəyə düşüb və Franklinin heyətinə nə olduğunu araşdırmağa başlayıb.

Torrinqtonun cəsədinin baş tərəfində üzərində yazı olan bir lövhə tapılıb. Həmin lövhədə mərhumun 1 yanvar 1846-cı ildə öldüyü və 20 yaşında olduğu yazılıb. Cəsəd üzərində aparılan tibbi ekspertiza əməliyyatları nəticəsində mərhumun saqqaldan təmizlənmiş bir üzə və uzun qəhvə rəngli saçlara sahib olduğu ortaya çıxıb. Lakin ekspertiza bu gənc adamda hər hansı travma və ya yaralanma izi tapmayıb. 1.65 m boyu və 40 kq çəkisi olan Torrinqtonun ölüm səbəbinin qida çatışmazlığı olduğu təxmin edilib.

Torrinqtonun da aralarında olduğu 129 nəfərin həyatını itirdiyi gəmilərdən biri 2014-cü ildə, digəri isə 2016-cı ildə tapılıb.

Torrinqton hazırda yanında tapılan Con Hartnell və Vilyam Breyn adlı iki məsləkdaşı ilə birlikdə gəmi dağıntılarının altından çıxarılaraq həlak olduğu adada basdırılıb. Bu sirr dolu səfərdə ölən 3 adam bu gün Biçey adasında zamanda donmuş formada yatır və necə öldükləri ilə bağlı sirrin çözülməsini gözləyirlər. (publika.az)

Milli.Az










loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 dekabr

Astroloji proqnoz - 16 dekabr

16 Dekabr 2017 00:05