Ankara İrana görə bu ölkəyə ORDU YERİDƏ BİLƏR - Türkiyədən AÇIQLAMA
Digər
25 Sentyabr 2017 17:33

Ankara İrana görə bu ölkəyə ORDU YERİDƏ BİLƏR - Türkiyədən AÇIQLAMA


Şimali İraq Kürd Muxtariyyətinin keçirdiyi müstəqillik referendumuna türkman torpağı olan Kərkükün də daxil edilməsi Türkiyənin bölgəyə hərbi müdaxiləsi haqda ehtimalları gündəmə gətirdi. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, “türkman qardaşlarımıza qarşı hər hansı təhlükə yaranarsa, dərhal hərbi müdaxilə edəcəyik”. Bununla yanaşı, Ankara müqaviləsində Kərkükün təhlükəsizliyinin zəmanəti Türkiyə olaraq göstərilir. Kürd referendumu faktiki olaraq Kərkükün işğalının legitimləşdirilməsidir. Bu halda Türkiyə müdaxilə edəcəkmi?

Bu suala Türkiyədə Amerika araşdırmaları və terrorla mübarizə üzrə mütəxəssis Emrah Kaya Publika.az-a açıqlamasında cavab verib.



E.Kaya hesab edir ki, Yaxın Şərqdə siyasi proseslərin saatlar içində dəyişməsi bu sualın konkret cavabını tapmaqda çətinlik yaradır: “Türkiyə hökuməti son 10 ildə Bərzani ilə yaxın münasibətlər qurub, qarşılıqlı iqtisadi əlaqələr var. Digər tərəfdən, AKP-də İraqın bölünməsi məsələsində fikir qarışıqlığı var. Müxtəlif dövrlərdə İraq və Şimali İraq Kürd Muxtariyyəti ilə bağlı fərqli açıqlamalar verilib. Lakin son dövrdə Türkiyənin İraq və İranla birgə qərarlar verməsi, İraq sərhədində hərbi təlimlərin keçirilməsi və prezident Ərdoğanla xarici işlər naziri Mövlud Çavuşoğlunun hərbi müdaxilə edilməsinin mümkünlüyü haqda dedikləri bu ehtimalı gücləndidir”.

E.Kaya qeyd edib ki, Türkiyə uzun müddət ərzində İraqda türkmanları sahibsiz buraxıb.

“Lakin İranın bölgəyə hərbi müdaxiləsi Türkiyəni də müdaxilə etməyə məcbur edəcək. Çünki Türkiyə bölgədəki müharibədə cəbhələrin çoxunun İranın əlinə keçməsini istəməyəcək. Lakin əməliyyatın hansı səviyyədə həyata keçiriləcəyi mübahisəlidir. Kərkükə kimin girəcəyi isə müəmmalıdır. Mümkündür ki, İraq ordusu girsin”, - deyə o vurğulayıb.

Asif

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08