Tələbələrə faizsiz kredit verilməsi ilə bağlı maraqlı təklif var
Ölkə
26 Sentyabr 2017 7:04

Tələbələrə faizsiz kredit verilməsi ilə bağlı maraqlı təklif var


Azərbaycanda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin bir qismi təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər. Bu isə həmin tələbələrin təhsilinin yarımçıq qalmasına və ali təhsil müəssisələrinin dayanıqlı maliyyə təminatında problemlərin yaranmasına səbəb olur.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib.

Komitə sədrinin sözlərinə görə, bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildə 10 aparıcı dövlət ali təhsil müəssisəsi tərəfindən "Maarifçi" Tələbə Kredit Fondu təsis edilib: "Fondun əsas missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Bu vaxta qədər Fonddan 118 tələbə təhsil krediti götürüb. Cari ilin sentyabrından etibarən də Fond aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqı üzrə faizsiz kreditlərin təqdim olunmasına start verib".

Lakin F.Muradovun sözlərinə görə, məhdud resurslara malik olan Fondun fəaliyyəti mövcud tələbatla müqayisədə əhəmiyyətli dərəcədə kiçik miqyaslıdır. Eyni zamanda Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən mövcud qanunvericiliyin tələbləri əsas göstərilməklə bir sıra ali təhsil müəssisələrinə sözügedən Fondla əməkdaşlıq edilməsi məqsəduyğun hesab edilməyib.

Ona görə də millət vəkli problemin həlli ilə bağlı 3 çıxış yolu göstərib: "Məsələnin vacibliyini, "Maarifçi" Tələbə Kredit Fondunun müsbət təcrübəsini və bu sahədə dünyada mövcud olan modelləri nəzərə almaqla, ali təhsil kreditləri üzrə ayrıca bir dövlət proqramının qəbul olunması və ya məsələn, İpoteka Fondu formatında müvafiq təsisatın yaradılması, yaxud da "Maarifçi" Tələbə Kredit Fondunun daha geniş fəaliyyətinə şərait yaradılması üçün mövcud qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi vacibdir. Məncə bu məsələ həll olunsa, bu, ölkəmizdə təhsilin və ümumilikdə cəmiyyətin inkişafı yönündə mühüm addım olacaq".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...