“Bank VTB (Azerbaijan)” bankomat şəbəkəsini genişləndirib
İqtisadiyyat
26 Sentyabr 2017 12:16

“Bank VTB (Azerbaijan)” bankomat şəbəkəsini genişləndirib


Bakı. 26 sentyabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC Bakı şəhərinin müxtəlif yerlərində yeni bankomatlar quraşdıraraq ATM şəbəkəsini genişləndirib.
Bu barədə “Report”a Bankdan bildirilib.
Məlumata görə, yeni bankomatlar “Bank VTB (Azerbaijan)”ın filial şəbəkəsindən kənarda, paytaxtın aşağıdakı sıx yerlərində quraşdırılıb:
- Mərdanov qardaşları küçəsi, Xəqani bağı (keçmiş “Molokan” bağı);
- Bülbül prospekti, 26;
- Həsən Əliyev küçəsi,1;
- Bakıxanov qəsəbəsi, Gənclik küçəsi,27;
- Dərnəgül şosesi, Ziya Bunyadov prospekti,77E.
Beləliklə, “Bank VTB (Azerbajan)” hazırda 16 bankomatı ilə müştərilərə xidmət göstərir. 24/7 prinsipi ilə fasiləsiz çalışan bankomatlarda müştərilər nağldaşdırma, hesabdan çıxarışın alınması, "3D Secure" xidməti üçün PİN-kodun alınması, kartdan karta pul vəsaitlərinin köçürülməsi (Card to Card), eləcə də kartı olmayan şəxsə öz kartından pulun köçürülməsi (Cash by Code) kimi xidmətlər üzrə əməliyyatlar həyata keçirə bilərlər. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 dekabr

Astroloji proqnoz - 15 dekabr

15 Dekabr 2017 00:08