"Samanyolu"nun serialındakı bu səhnənin sirri açıldı - FETO-dan gizli mesaj - FOTO
Dünya
30 Sentyabr 2017 12:14

"Samanyolu"nun serialındakı bu səhnənin sirri açıldı - FETO-dan gizli mesaj - FOTO


Prokurorluq 2011-ci ilin 18 mart tarixində efirə gedən "Kollama" serialının 120-ci seriyasının 26 və 27-ci dəqiqələri ilə bağlı araşdırma aparıb.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, serialın həmin səhnəsində şifrəli mesajın olduğu düşünülüb. Bununla bağlı 1985-2002-ci illər arasında "ölkə imamı" səviyyəsinə yüksələn Hasan Polatın ifadəsi alınıb. O, ifadəsində bildirib ki, həqiqətən də serialın həmin səhnəsi xüsusi, şifrəli mesaj verilib.

Polat 17 yanvar 2017-ci ildə verdiyi ifadə zamanı serialın 26-cı dəqiqəsində səsləndirilən "Dənizlərini qurudarıq, dəniz kənarlarındakı villalarını da əlindən alarıq" sözlərinin şifrəli mesaj olduğunu etiraf edib. O, ifadəsində deyib:

"Bu tarixdə Dəniz Baykal kasetləri əldə olunmuşdu, lakin MHP kasetləri hələ tapılmamışdı. Burada da bu ifadə ilə MHP-li və AK partiyalı bəzi bürokratlar təhdid edilib".

Qeyd edək ki, serialın bu səhnəsindən 1 ay sonra MHP-lilərin kasetləri əldə olunub.

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...