Qadın müəllimin ölümünə səbəb olan qızın kimliyi polisləri ŞOKA SALDI - VİDEO
Dünya
2 Oktyabr 2017 18:04

Qadın müəllimin ölümünə səbəb olan qızın kimliyi polisləri ŞOKA SALDI - VİDEO


Adanada 28 sentyabr axşamı qadın müəllimin həyatını itirdiyi qəzada avtomobili idarə etdiyi məlum olan 15 yaşlı qız uşağı ilə bağlı şok detal üzə çıxıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, 15 yaşlı qız uşağı bir il öncə narkotik asılısı olduğu üçün müalicə edilərək ailəsinə təhvil verilib.

Qadın müəllimin ailəsi qızın sərbəst buraxılmasına etiraz edib.

TƏFƏRRÜAT

Alman dili müəllimi olan Fatma Durak (27) yolu keçərkən qırmızı rəngli bir avtomobil qadını vurub. Yaralı qadını yerdə qan içində qoyan sürücü qaçıb. Qadın çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Sonra ərazidə olan 200 təhlükəsizlik kamerası görüntüsünü izləyən polislər qadını vuran maşının 33 DYT 71 dövlət qeydiyyat nişanlı maşın olduğun müəyyən ediblər. Araşdırma aparan polislər avtomobili bir evin bağında üzərinə çadır örtülmüş halda tapıblar. Ev sahibinin etirafıyla qəzanı törədənin 15 yaşlı Y.Ö. və sevgilisi Murat G. olduğu məlum olub. Polislər qızı evində saxlayıblar.

Araşdırma zamanı qızın narkoman kimi qeydiyyatda olduğu,  yanında olan Murat G.-nin narkotik maddənin alverinə görə barəsində həbs qərarının olduğu və həbsxanadan qaçdığı üzə çıxıb.  

Qız məhkəmnənin qərarı ilə sərbəst buraxılıb.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qadın müəllimin ölümünə səbəb olan qızın kimliyi polisləri ŞOKA SALDI

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 21 oktyabr

Astroloji proqnoz - 21 oktyabr

21 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...