Fəzail Ağamalının oğlu maşınla adam vurdu
Digər
3 Oktyabr 2017 9:17

Fəzail Ağamalının oğlu maşınla adam vurdu


Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
 
Lent.az-ın Report-a istinadən xəbərinə görə, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu "Jeep" markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.
 
 
Tibb Universitetinin qarşısında baş verən hadisə zamanı piyada ağır xəsarət alıb. O, sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.
 
 
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıblar.
 
 
Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur.
loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR