“Çelsi”nin ən bahalı futbolçusu "Qarabağ"la oyunu buraxa bilər
İdman
3 Oktyabr 2017 11:06

“Çelsi”nin ən bahalı futbolçusu "Qarabağ"la oyunu buraxa bilər


Bakı. 3 oktyabr. REPORT.AZ/ İngiltərənin “Çelsi” klubunun futbolçusu Alvaro Morata Çempionlar Liqasının (ÇL) V turunda “Qarabağ”la səfər matçını buraxa bilər.
“Report”un "The Guardian"a istinadən verdiyi məlumata görə, Premyer Liqanın VII turunda “Mançester Siti” ilə görüşün 35-ci dəqiqəsində xəsarət alaraq meydanı tərk edən 25 yaşlı hücumçunun zədəsinin ciddi olduğu müəyyənləşib. Tibbi müayinə zamanı forvardın 6 həftə forma geyinə bilməyəcəyi dəqiqləşib. Bu isə o deməkdir ki, ispaniyalı oyunçu İngiltərə Premyer Liqasında “Kristal Pelas”, “Uotford”, “Everton”, “Bornmut” və “Mançester Yunayted”lə, ÇL-də isə İtaliya “Roma”sı ilə görüşləri buraxacaq. Onun “Qarabağ”a qarşı oynayıb-oynamayacağı isə hələ bilinmir.
Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 21:00-da başlayacaq. Alvaro Morata yay transfer dövründə İspaniya "Real Madrid"indən 80 milyon avroya alınıb. O, hazırda "Çelsi"nin ən bahalı oyunçusudur. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 21 oktyabr

Astroloji proqnoz - 21 oktyabr

21 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...