“Qəbələ”də 6 yeni futbolçu
İdman
4 Oktyabr 2017 9:54

“Qəbələ”də 6 yeni futbolçu


Azərbaycan Premyer Liqasının VII turunun "Kəpəz"lə oyunundan (0:2) sonra istirahətə buraxılan "Qəbələ" məşqlərini bərpa edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlara Bakıda start verən "qırmızı-qaralar" günü iki məşqlə yekunlaşdırıb. 

Səhər məşqində fiziki hazırlıq keçən komanda axşam toplu çalışmalara üstünlük verib. Yığmaların düşərgələrində olan futbolçular, həmçinin zədəli Filip Ozobiç məşqlərdə iştirak etməyib. Əvəzedici heyətin 6 oyunçusu əsas komandanın hazırlığına cəlb olunub. Bir neçə müddətdi Roman Qriqorçukun rəhbərliyi altında məşq keçən Ülvi İsgəndərovla yanaşı, Ülvi İbazadə, Tural Məmmərzayev, Rövlan Muradov, Amin Seydiyev və Hacıağa Hacılı da paytaxt hazırlığına qoşulub.

Qeyd edək ki, "Qəbələ" oktyabrın 7-də "Neftçi" ilə yoxlama oyunu keçirəcək. İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq görüş saat 16:00-da başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR