Şimali Koreyada vətəndaşlara benzin satışı dayandırılıb
Dünya
4 Oktyabr 2017 9:56

Şimali Koreyada vətəndaşlara benzin satışı dayandırılıb


Bakı. 4 oktyabr. REPORT.AZ/ Şimali Koreyada vətəndaşlara benzin satılması dayandırılıb. 
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın “Asahi” qəzeti yazıb.
Nəşrin məlumatına görə, hazırda ölkənin yanacaqdoldurma məntəqələrindən yalnız hakimiyyətdəki Əmək Partiyasının, hökumətin, Silahlı Qüvvələrin və xüsusi xidmət orqanlarının yüksək vəzifəli məmurları benzin ala bilirlər. 
Qəzet yazıb ki, BMT-nin sanksiyasından sonra ölkə rəhbərliyi belə bir məhdudiyyəti tətbiq edib və məqsəd yanacaq ehtiyatı toplamaqdır.  
Şimali Koreya hökumətinin hesablamalarına görə, ölkənin illik neft və neft ehtiyacı 700-900 min tondur.
Qeyd edək ki, bu ilin sentyabrında BMT rəsmi Pxenyanın nüvə silahı sınaqdan keçirməsini beynəlxalq qadağaları pozmaq kimi dəyərləndirərək, bu ölkəyə qarşı sanksiya tətbiq edib. Şimali Koreyaya neft və neft məhsullarının ixracı da sanksiya siyahısında öz əksini tapıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...