Azərbaycan "Sağlamlaşdırıcı istirahət" nominasiyasında ilk beşliyə daxildir
Ölkə
4 Oktyabr 2017 10:07

Azərbaycan "Sağlamlaşdırıcı istirahət" nominasiyasında ilk beşliyə daxildir


Bakı. Trend:

"TurStat" analitik agentliyi “National Geographic Traveler Awards 2017” mükafatına internet-səsvermənin ilkin yekunlarını təhlil edib.

Trend-in Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycan bu mükafatın “Sağlamlaşdırıcı istirahət” nominasiyasında ilk beşliyə daxildir. İsrailin liderlik etdiyi bu beşlikdə Almaniya, Sloveniya və İsveçrə də var.

Qəbələdəki “Chenot Palace” hoteli “Ən yaxşı kurort hoteli” nominasiyasında ilk beşliyə daxildir. Çimərlik istirahəti üçün Yunanıstan, ailəvi istirahət üçün Kipr, ekskursiya turizmi üçün İtaliya, dağ xizəkçiliyi üçün Avstriya, macəra turizmi üçün Argentina, ekzotik turizm üçün Yaponiya, qastronomik və aqrar turizm üçün Gürcüstan liderlik edir. Çin isə “ilin kəşfi” sayılır.

Rusiyada sağlamlaşdırıcı istirahət üçün Altay diyarı irəlidə gedir. Bu ölkədə macəra tipli istirahət üçün Kamçatka, ekoloji turizm üçün Xakasiya, ekskursiya tipli turizm üçün Leninqrad vilayəti liderdir.

“National Geographic Traveler Awards 2017” mükafatına internet-səsvermə mayın 22-dən oktyabrın 15-dək Nat-geo.ru saytında aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...