Bakı və Abşeronun bəzi əraziləri işıqsız qaldı
Ölkə
4 Oktyabr 2017 10:13

Bakı və Abşeronun bəzi əraziləri işıqsız qaldı


Bakı şəhəri və Abşeron rayonunun bir sıra kənd və qəsəbələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Kəsinti əsasən Abşeron rayonunun Masazır, Saray qəsəbələrində və Suraxanı rayonunun Hövsan və bir sıra kəndlərində qeydə alınıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, elektrik enerjisi verilişindəki fasilə güclü külək və bütün sutka boyu davam edən yağışlarla bağlıdır: “Gecədən etibarən əməkdaşlarımız və texnikamız hadisə yerinə ezam edilib. Hazırda onlar problemin aradan qaldırılması ilə məşğuldur. Bir çox ərazilərdə yaranan qısa fasilə aradan qaldırılıb və abonentlər elektrik enerjisi ilə təmin edilib. Yaxın saatlarda həmin ərazilərdə də problemlər həll ediləcək”.

T.Mustafayevin sözlərinə görə, elektrik enerjisi ilə təchizatda fasilələr daha çox həyət evləri olan ərazilərdədir: “Ötən ilə nisbətən bu il çağrı mərkəzinə edilən zənglərin sayında azalma qeydə alınıb. Havanın küləkli və yağışlı keçməsinə baxmayaraq, abonentlərin müraciətləri barmaqla sayılacaq qədərdir”. (report)

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...