ABB təhsil işçiləri üçün xüsusi kampaniya keçirir
İqtisadiyyat
4 Oktyabr 2017 10:16

ABB təhsil işçiləri üçün xüsusi kampaniya keçirir


Bakı. 4 oktyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 5 oktyabr - Müəllimlər günü münasibətilə təhsil işçiləri üçün özəl kampaniyaya başlayıb. Bu barədə “Report”a ABB-nin əmək haqqı kartına sahib hər bir təhsil işçisi oktyabrın 16-dək davam edəcək bu kampaniya çərçivəsində nağd pul kreditini güzəştli şərtlərlə ala bilər.
Kampaniya çərçivəsində veriləcək kreditin məbləği 15 min manatadək, kreditin müddəti 36 ayadəkdir. Həmçinin, bu kreditlərin illik faiz dərəcəsində 2 faiz bəndi endirim olacaq və faizlər 25%-dən başlayacaq.
Bundan əlavə kredit 3 min manata qədər olduqda zaminsiz, kreditin rəsmiləşdirilməsi isə komissiyasızdır.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq olar. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən həyata keçirə bilər.
ABB-nin məhsul və xidmətləri barədə məlumatları Bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...