Leysan yağışlar Bakı-Sumqayıt yolunda tıxac yaradıb
Ölkə
4 Oktyabr 2017 10:17

Leysan yağışlar Bakı-Sumqayıt yolunda tıxac yaradıb


Bakı. Samir Əli - Trend:

Bakı-Sumqayıt yolunda tıxac yaranıb.

Trend-in məlumatına görə, tıxacın yaranmasına səbəb havanın yağışlı keçməsi nəticəsində yollarda suyun artması ilə əlaqədardır.

Leysan yağışları nəticəsində yollarda lil və su yığıntıları toplandığından magistral yolda avtomobillərin hərəkətində ləngimələr baş verib. Yolun Xırdalan ərazisindən keçən hissəsində avtomobillərin hərəkət zolağının bir hissəsinin qazılması yoldakı tıxacı daha da artırıb. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşları hadisə yerində qazıntı işləri aparır.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə bildirib ki, ərazidəki kanalizasiya xətti yenilənir: "Həmin ərazidə bir kanalizasiya xətti var. Xətt güclü yağışlarda Xırdalan ərazisindən gələn suları daşıya bilmir. Ona görə də, "Azərsu" ASC həmin ərazidə ikinci kanalizasiya xəttinin çəkilməsinə və mövcud xətt üzərində quyu və bacalar inşa edir ki, yağış və kanalizasiya suları həmin xətlə normal daşına bilsin".

A.Cəbrayıllı bildirib ki, tikinti işləri bir müddət davam edəcək.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...