Oğuzda iki qardaş döyüldü
Ölkə
4 Oktyabr 2017 10:24

Oğuzda iki qardaş döyüldü


Oğuzda iki qardaş həmkəndliləri tərəfindən döyülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gecə saat 04.00 radələrində Oğuz rayonu Ərmənət kənd sakinləri - 1987-ci il təvəllüdlü Əyyub Həsən oğlu Əyyubov və onun qardaşı, 1989-cu il təvəllüdlü Elmir müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.
 
Şəki MRX-dan APA-ya verilən məlumata görə, Əyyub və Elmir onları həmkəndlilərinin döydüklərini bildiriblər. Əyyuba bədənin ümumi travması, başın yumşaq toxumalarının əziyi, Elmirə isə başın alın nahiyəsinin qapalı travması diaqnozu qoyulub. Qardaşların müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Oğuz rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır. 

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...