Oqtay Əsədov: "Azərbaycan-Ukrayna əlaqələri yeni səviyyəyə yüksəlib" - FOTO
Ölkə
4 Oktyabr 2017 10:24

Oqtay Əsədov: "Azərbaycan-Ukrayna əlaqələri yeni səviyyəyə yüksəlib" - FOTO


Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycana səfərə gələn Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüşdə O.Əsədov bildirib ki, ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan və Ukrayna xalqları müstəqillik əldə etdikdən sonra əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib:

"Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, dövlət başçılarının görüşləri, aparılan danışıqlar münasibətlərimizin gələcəyinə böyük ümidlərlə baxmağa imkan verir. Bu gün müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq edir. Biz Ukrayna ilə əlaqələrimizin inkişafını xalqlarımızın rifahı naminə hər iki tərəf üçün önəmli hesab edirik".

Spiker əlavə edib ki, iki ölkə arasında əlaqələrin dərinləşməsində parlamentlər mühüm rol oynaya bilər: "Bu baxımdan deputatlarımızın qarşılıqlı səfərləri və nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşləri, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparmaları təqdirəlayiqdir".

Ukraynanın xarici işlər naziri P.Klimkin Azərbaycana məsul vəzifədə ilk səfərindən və burada keçirdiyi görüşlərdən razı qaldığını bildirib.

O qeyd edib ki, Ukrayna Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrini dərinləşdirmək niyyətindədir.

Ukraynalı nazir bu sahədə parlamentlərin rolunun əhəmiyyətini vurğulayaraq, qanunvericilik orqanları arasında münasibətlərin genişlənməsini önəmli hesab etdiyini bildirib. Onun fikrincə, bu, əlaqələrin inkişafı baxımından həyatın digər sahələrinə də öz müsbət təsirini göstərər.

Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında söhbətlər aparılıb.

Milli.Az




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...