"Paşa Bank" səhmdarlarına 58 mln. manat dividend ödəyib
İqtisadiyyat
4 Oktyabr 2017 10:36

"Paşa Bank" səhmdarlarına 58 mln. manat dividend ödəyib


Bakı. 4 oktyabr. REPORT.AZ/ "Paşa Bank" ASC bu ilin ilk yarısında Azərbaycanda ən böyük kapital məbləğinə malik olan banklardan biri kimi bazarda mövqeyini qoruyub saxlayıb. Hesabat dövründə Bank səhmdarlarına 58 mln. manat həcmində dividend ödəyib. 
"Report"un verdiyi xəbərə görə, bu barədə Bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Xəyalə Nağıyeva məlumat verib: "Kapitaldakı əsas dəyişiklik də məhz bununla bağlıdır. Belə ki, kapitaldakı 2%-lik azalma məhz bundan irəli gəlib. Yəni, Bank xalis gəlirlərindən səhmdarlarına dividend ödəyib".
O qeyd edib, Türkiyə və Gürcüstanda kredit portfelinin artması Azərbaycanla müqayisədə daha az olub: "Kredit portfelinin böyük hissəsi manatdadır. Çünki portfelin böyük hissəsi yerli bazarda ticarət və xidmət, tikinti və istehsal sahələrinin payına düşür. Məhz buna görə də manat portfeli 50%-dən yuxarıdır".
"Paşa Bank"ın konsolidə olunmuş əsas maliyyə göstəricilərinə əsasən, cəmi aktivlər 3,614 mlrd. manatl təşkil edib. Bu da ilin sonu ilə müqayisədə 10% çoxdur. Ən böyük portfel müştərilərə verilən kreditlərdir. 
"Aktivlərdə böyümə müşahiə olunacaq. Cari hesabatlarda artım müşahidə edirik. Aktivimiz kredit potfeli ətrafında cəmləşib. Gələcəkdə investisiya qiymətli kağızlara yatırımları artırmağı planlaşdırırıq. Bunun üçün yerli bazarda alətlər azdır. Xarici bazarlara çıxmaqla qismən aktivlərin diversifikasiyasını genişləndirəcəyik. Amma yenə də investisiya qiymətli kağızlarının payı kredit portfeli ilə müqayisədə az olacaq. Yerli bazarda real sektorun maliyyələşməsi əsas hədəflərdən biridir. Yeni strategiyada bunu ana xətt kimi seçmişik", - deyə İdarə Heyətinin üzvü qeyd edib.
X.Nağıyeva bildirib ki, öhdəliklərin həcmi aktivlərə uyğun artıb - 10-12% artım müşahidə ediilib. Artım əsasən müştəri hesablarının payına düşüb. Həmçinin, Bankın aktiv iri müştərilərinin sayı artıb: "Əsas hədəflərdən biri də əməliyyatlardan olan gəlirləri artırmaqdır. Bank maraqlıdır ki, qeyri-faiz gəlirlərinin artımını əldə etsin. Qeyri-faiz gərlirlərinin payı əvvəlki illərlə müqayisdə ciddi artıb".
"Maliyyə vəziyyətimiz stabildir, bank böyüyür. Yeni strateji dövrə hazırlaşırıq. Növbəti il üçün strategiya hazırlanır, büdcə və planlama həyata keçirilir, daxili və xarici riskərin idarə olunması üçün bir çox layihələr işlənilir", - deyə "Paşa Bank"ın baş maliyyə inzibatçısı vurğulayıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...