DİQQƏT: Bakı-Sumqayıt yolunda tıxac var
Digər
4 Oktyabr 2017 10:42

DİQQƏT: Bakı-Sumqayıt yolunda tıxac var


Bakı-Sumqayıt yolunda tıxac yaranıb.

Tıxacın yaranmasına səbəb havanın yağışlı keçməsi nəticəsində yollarda suyun artmasıdır.

Leysan yağışları nəticəsində yollarda lil və su yığıntıları toplandığından magistral yolda avtomobillərin hərəkətində ləngimələr baş verir. Yolun Xırdalan ərazisindən keçən hissəsində avtomobillərin hərəkət zolağının bir hissəsinin qazılması yoldakı tıxacı daha da artırıb. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşları hadisə yerində qazıntı işləri aparır.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, ərazidəki kanalizasiya xətti yenilənir: "Həmin ərazidə bir kanalizasiya xətti var. Xətt güclü yağışlarda Xırdalan ərazisindən gələn suları daşıya bilmir. Ona görə də, "Azərsu" ASC həmin ərazidə ikinci kanalizasiya xəttinin çəkilməsinə və mövcud xətt üzərində quyu və bacalar inşa edir ki, yağış və kanalizasiya suları həmin xətlə normal daşına bilsin".

A.Cəbrayıllı bildirib ki, tikinti işləri bir müddət davam edəcək. //Trend

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...