Bankı qarət etmək üçün 1 milyon xərclədilər - FOTOLAR
Dünya
4 Oktyabr 2017 10:43

Bankı qarət etmək üçün 1 milyon xərclədilər - FOTOLAR


Braziliya tarixində ən böyük oğurluq hadisəsinin qarşısı alınıb.

Publika.az xəbər verir ki, ölkənin San Paulu şəhərində “Banco do Brasil” bankını qarət etməyə çalışan 16 nəfər şübhəli şəxs saxlanılıb.

Cinayətkarlar bankı qarət etmək üçün binanın xəzinəsinə gedən yolda 600 metr uzunluğunda tunel qazıblar. Bankdan 318 milyon dollar qarət etmək üçün cinayətkarlar tunelin qazıntısına 1 milyon dollar pul xərcləyiblər.

Polisin verdiyi məlumata görə, “ağıllı qarətçilər” bu planı reallaşdıra bilsəydilər bu ölkə tarixində ən irimiqyaslı qarət olaraq tarixə düşəcəkdi.

Xatırladaq ki, Braziliya tarixində bir dəfə Mərkəzi Bankı qarət edən soyğunçular tunel vasitəsilə bankdan 52 milyon dollar oğurlaya bilmişdilər.

Könül Cəfərli






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...