Kim Çen Indan benzin satışı QADAĞASI
Dünya
4 Oktyabr 2017 10:44

Kim Çen Indan benzin satışı QADAĞASI


Koreya Xalq Demokratik Respublikasında sentyabr ayının sonundan etibarən yanacaqoldurma məntəqələrində sıravi vətəndaşlara benzin satışını qadağan edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hökümət nümayəndələri, silahlı qüvvələr və xüsusi təyinatlı orqanların əməkdaşları, Əmək Partiyasının üzvləri və yüksək rütbə sahibləri istisna olmaqla heç kəs benzin ala bilməyəcək.

Məlumatda qeyd olunur ki, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən icazəsiz keçirilən nüvə silahı sınaqlarına görə KXDR-ə neft məhsullarının ixracı məhdudlaşdırıldıqdan sonra Şimali Koreya bu yolla ölkənin neft ehtiyatını gücləndirmək istəyir.

Ölkə mətbuatı "Yonhap" onu da iddia edir ki, bütün yanacaqdoldurma məntəqələrinə yalnız seriya nömrəsi 727 ilə başlayan avtomobillər daxil ola bilir.

Bəyanatda ictimai nəqliyyat və eləcə də əcnəbilər haqqında heç bir məlumat qeyd olunmayıb.

Xatırladaq ki, cari ilin əvvəllində KXDR ölkə daxilində benzinin qiymətini 3 dəfəyə qədər qaldırmışdı. Bundan başqa, ölkədə strateji baxımdan müharibə olarsa, 1 milyon tona yaxın ehtiyat neft saxlanılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...