Qlobal təhlükə: yay fəsli uzanır - Azərbaycan hərəkətə keçdi
Ölkə
4 Oktyabr 2017 10:54

Qlobal təhlükə: yay fəsli uzanır - Azərbaycan hərəkətə keçdi


Son 100 ildə Azərbaycanda orta temperatur təxminən 1 dərəcə yüksəlib. Qlobal  İqlim dəyişməsinin gələcək xüsusiyyətlərindən biri fəsillərin qanunauyğunluğunda müəyyən dəyişmələrdir. İsti fəslin, yəni yayın ömrü uzanacaq, soyuq fəslin - qışın ömrü azalacaq. Bu problem qlobal problemdir, planetimiz yavaş-yavaş qızmaqdadır.

Milli.Az xəbər verir ki, bunu lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri İsa Əliyev son günlər mətbuatda 2030-cu ildə Azərbaycanın yarısının buz bağlayacağı haqda yayılmış xəbərə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, buzlaşmadan söhbət belə gedə bilməz. Bu tip xəbərlər ictimaiyyəti çaşdırır: "Təəssüf edirəm ki, bizim hörmətli alimlər məsələnin kökünü araşdırmadan cəmiyyəti çaşdırırlar. İqlim tarixən dəyişir. Ancaq temperaturun 1 dərəcə soyuması, yaxud istiləşməsi üçün tarixən 1000 - 1200 il lazım gəlib. Yaxın 30-40 il ərzində insanların günahı ucbatından temperatur 3-4 dərəcə yüksələcək. Temperatur 1200 ilə 1 dərəcə dəyişəndə insanlar, bitki və heyvanat aləmi buna uyğunlaşa bilir. Ancaq 10 ilə 1 dərəcə dəyişəndə bu, böyük faciə olur. Əsrin sonlarına doğru temperaturun 5-6 dərəcə istiləşməsindən söhbət gedirsə, artıq bu, böyük fəlakətlərdən xəbər verir. Buna bütün canlıların uyğunlaşması çətin olur. Ümumi tendensiya istiləşməyə doğru gedir".

İsa Əliyev qeyd edib ki, iqlim dəyişmələri nəticəsində bəzi yerlərdə sellər, daşqınlar, normadan artıq yağıntı, digər yerlərdə quraqlıqlar olacaq: "Kənd təsərrüfatı, su sektoru dəniz sahili zonalar, meşələr və digər  ekosisistemlər bu problemə daha həssas və kövrəkdir və bu sektorlarda itkilərin daha çox olacağı gözlənilir. Dəniz və okeanların səviyyəsi qalxacaq. Təsəvvür edin, hər 2 qütbdə buzlaq, milyard kub kilometrlərlə su yatır. Və o buzların bir hissəsi əriyərək qlobal su dövriyyəsinə daxil olacaq. Ona görə də atmosferdə daha çox yağıntı dövriyyəsi olacaq. Yağıntılar xarakterini dəyişəcək. İstiləşmə fonunda soyumalar da müşahidə oluna bilər. Qütblərdə buzlar var. Kəskin temperatur amplitudu yarananda atmosferdə təzyiq fərqi yaranır. Soyuq hava kütləsi isti hava kütləsinə daha sürətlə daxil olur. Arktikadan daha soyuq hava gələ bilər. Ancaq bu, 1-2 gün ola bilər. Ümumi fon istiləşməyə doğrudur".
  
Ekspert deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində artıq qlobal istiləşmədən irəli gələn vəziyyət təhlil olunub: "Nazirlik prezident İlham Əliyevin sərəncamı ilə koordinasiya edən qurumdur. Bununla bağlı gözlənilən itkilərin  minimuma endirilməsi üçün aidiyyatı qurumların ekspertləri ilə birgə müvafiq tədbirlər planı hazırlanır. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində gözlənilən istilərin, sellərin, daşqınların təsirini minimuma endirə bilərik ki, itkilərimiz az olsun".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...