Şimali Kiprin XİN başçısı: “Türkiyəyə bağlı muxtar respublika olmaq istəyirik”
Dünya
4 Oktyabr 2017 11:01

Şimali Kiprin XİN başçısı: “Türkiyəyə bağlı muxtar respublika olmaq istəyirik”


Bakı. 4 oktyabr. REPORT.AZ/ “Bundan sonra federasiya deyil, konfederasiya əsasında müzakirələri qəbul edəcəyik”.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Şimal Kirp Türk Respublikasının xarici işlər naziri Tahsin Ərtoğruloğlu bildirib.
Kiprin yunan hissəsi ilə birləşməyə dair uğursuz danışıqlardan sonra o, ilk dəfə ABŞ səfər edib. T.Ərtoğruloğlu Nyu-Yorkda və Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşüb. O, daha sonra Beynəlxalq Respublikaçılar İnstitutunda ABŞ şirkətləri və düşüncə mərkəzləri təmsilçilərinin iştirakı keçirilən "dəyirmi masa"da iştirak edib.
T.Ərtoğruloğlu son danışıqlarla bağlı bunları söyləyib: “BMT-də bunlar dedik: bundan sonra keçiriləcək müzakirələr ancaq dövlətlə dövlət arasında ola bilər. Hədəf federasiya deyil, konfederasiyadır. Bizim üçün federasiya seçimi olub. Bizimlə danışıqları beynəlxalq vasitəçilərin iştirakı ilə keçirmək istəyirik. Bizimlə danışmaq istəmirlərsə, bizim də artıq vaxtımız yoxdur”.
“Uğursuz müzakirələrdən sonra kıprli türklər hansı yollu tutacaq” sualına cavab verən T.Ərtoğruloğlu deyib ki, Türkiyəyə bağlı muxtar bir respublika olmaq seçimini dəyərləndirəcəklər: "Artıq beynəlxalq səviyyədə tanınmaq istiqamətində fəaliyyətə başlamalıyıq. İndiyədək bundan imtina etmişik. Bundan sonra Şimali Kirp Türk Respublikasının tanınması ilə məşğul olacağıq. İkinci seçim isə Fransa-Monoko, İngiltərə-Cəbəlitarik model kimi muxtar respublika olmaq məsələsidir. Başqa sözlə xarici işlər və müdafiə sahəsində funksiyalarımızı Türkiyəyə verib, başqa sahələri özümüz icara edəcəyik. Hələlik bu məsələlərlə bağlı heç bir qərar verməmişik. Ankara ilə bu məsələləri müzakirə etdikdən sonra qərar verəcəyik”. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...