"Meşəyə getdik və..."
Digər
4 Oktyabr 2017 11:02

"Meşəyə getdik və..."


"Hər şey yaxşı idi. Meşəliyə getdik, piknik etdik. Qayıtmağa hazırlaşanda, sanki, dəli oldu. Başladı məni vurmağa, söyməyə. Yaxamdan yapışıb dedi ki, hər şeyi söyləyəcək. Kimə, nə söyləyəcək - anlamadım. Amma hirsləndim. Ağlım başımdan çıxmışdı. Bir də gördüm ki, onu boğmuşam".

Başqırdıstandakı Meleuzov rayonunun sakini, 30 yaşlı azərbaycanlı Rasim Sadıqov həbs olunub. O, Salavat şəhərinin sakini, 27 yaşlı Olqa Yemelyanovanı xüsusi amansızlıqla qətlə yetirməkdə günahlandırılır. 

Olqa Yemelyanovanın cəsədi Salavat şəhərinin kənarında, meşəlikdə ötən həftə tapılıb. Olqanın qohumları, tanışları, polislər və volontyorlar günlərdən bəri axtarışlarda idilər.

Sentyabrın 22-də Olqa çalışdığı gözəllik salonunu axşam saatlarında tərk edib, lakin evə getməyib. Sən demə, o, Vkontakte sosial şəbəkəsində tanış olduğu, yazışdığı Rasim Sadıqovla görüşə yollanıbmış.

Həmin gün R.Sadıqov iki uşaq anasına, ərindən boşanmış O. Yemelyanovaya şəhər kənarındakı meşəliyə gəzintiyə yollanmağı təklif edib.

Meşəyə yollanarkən O.Yemelyanova məşuqunun avtomobilindən rəfiqəsinin qardaşı Almaz Almuxametovun Vkontakte-dəki profilinə selfi fotosunu yollayıb, "Meşəyə gedirik, gərək sən də gələydin" yazıb.

R.Sadıqov məşuqəsini boğandan sonra cəsədi kolluqda gizlədib, evə qayıdıb. Elə həmin axşam o, Savalatı tərk edib.

O.Yemelyanovanın cəsədi sentyabrın 28-də tapılmışdı.

R.Sadıqov tutulub, haqqında cinayət işi qaldırılıb. Ona qarşı RF Cm-nin 105-ci maddəsinin 1-ci bəndi əsasında ittiham irəli sürülüb.

İttiham məhkəmədə təsdiqlənərsə, R.Sadıqovu 15 il həbs gözləyir. //Milli.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...