Kataloniya bu tarixdə müstəqil olacaq – RƏSMİ
Dünya
4 Oktyabr 2017 11:03

Kataloniya bu tarixdə müstəqil olacaq – RƏSMİ


Kataloniya ən yaxın həftə ərzində müstəqilliyini elan edəcək.

Publika.az xəbər verir ki, bu haqda Kataloniya muxtar vilayətinin baş naziri Karles Puçdemon BBC-yə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Kataloniyanın yeni hökuməti artıq bu həftənin sonu, ya da növbəti həftənin əvvəli bu istiqamətdə işləməyə başlayacaq.

Puçdemon həmçinin qeyd etdi ki, İspaniya hökuməti prosesə müdaxilə edərsə və Kataloniya hökumətini nəzarət altına almağa çalışarsa, bu, onun böyük səhvi olacaq. O həmçinin əlavə edib ki, hazırda rəsmi Madrid və Kataloniya hökuməti arasında heç bir əlaqə yoxdur.

Xatırladaq ki, İspaniyanın Kataloniya muxtariyyətində müstəqillik referendumu oktyabrın 1-də keçirilib. Referendumun rəsmi nəticələrini açıqlayan Karles Puçdemon prosesdə iştirak edənlərdən 90 faizinin müstəqillik lehinə səs verdiyini deyib.

İspaniya hökuməti referendumu qanunsuz hesab edir və onun nəticələrini tanımır.

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...