Bakının bu ərazisində 3 gün qaz olmayacaq
Ölkə
4 Oktyabr 2017 11:04

Bakının bu ərazisində 3 gün qaz olmayacaq


Bu gün Bakının Xəzər rayonunun Binə sovxozu ərazisinin qaz təchizatında məhdudiyyət yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, "Qaz İxrac" İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.
 
"Xəyal Adası" MMC-yə məxsus kompleksin qazlaşdırılması məqsədilə yeni tikilmiş Qaz Paylayıcı Stansiyanın magistral qaz nəqli şəbəkəsinə birləşdirilməsi məqsədilə aparılan təmir işləri ilə bağlı oktyabrın 4-də saat 07:00-dan 3 gün müddətində "Yeni Binə" Qaz Paylayıcı Stansiyasından qaz təchizatı dayandırılacaq. Təmir müddətində Xəzər rayonunun Binə sovxozu ərazisinin qaz təchizatında məhdudiyyət yaranacaq.
 
Göstərilən müddət ərzində təmir işləri  yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 21 oktyabr

Astroloji proqnoz - 21 oktyabr

21 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...