Karlo Ançelottinin əvəzinə Lui van Qal
İdman
4 Oktyabr 2017 11:04

Karlo Ançelottinin əvəzinə Lui van Qal


"Mançester Yunayted"dən ayrıldıqdan sonra işsiz qalan Lui van Qal "Bavariya"nı çalışdıra bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi Karlo Ançelottinin istefaya göndərilməsindən sonra boş qalan baş məşqçi postuna hollandiyalı mütəxəssisi gətirməyi düşünür. 

Bundesliqa təmsilçisi ilə Luis Enrikenin də adı birgə hallanır. Lakin onunla müqayisədə van Qalın "Bavariya"nı çalışdırmaq ehtimalı daha çoxdu. Belə ki, 66 yaşlı məşqçi münhenlilərin Çempionlar Liqasında PSJ ilə keçirdikləri matçı (0:3) tribunadan izləyib. Məhz həmin görüşdən sonra Ançelotti istefaya göndərilib.

Bundan əlavə, van Qal "Bavariya" üçün yad sima deyil. O, 2009-2011-ci illərdə bu komandanı çalışdırıb.

Qeyd edək ki, "Bavariya" Lui van Qalın rəhbərliyi altında Bundesliqa, Almaniya Kuboku və Superkubokunun qalibi adını qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...