Pedro Enrike və xanımı səhraya üz tutdular - FOTO
İdman
4 Oktyabr 2017 11:24

Pedro Enrike və xanımı səhraya üz tutdular - FOTO


Milli komandanın DÇ-2018-in seçmə mərhələsindəki oyunları əlaqədar ölkə çempionatında yaranan fasilədən təkcə klublar yox, futbolçular da səmərəli istifadə edirlər.

Milli.Az apasport.az-a istiandən xəbər verir ki, 14 oyunçusu əsas yığmaların düşərgələrinə qoşulan "Qarabağ"da digər əcnəbilərə də istirahət verilib. 

Yay fasiləsində PAOK-dan icarəyə götürülən Pedro Enrike və "Legiya"dan transfer edilən Yakub Jezniçak dincəlmək üçün eyni məkanı seçiblər. Belə ki, braziliyalı və polşalı oyunçu sıx qrafiklə başlayan mövsümün yorğunluğunu Birləşmiş Ərəb Əmirliklərində çıxırlar.

Sosial şəbəkələrdə fəallığı ilə diqqət çəkən Jezniçak bunu izləyiciləri ilə də bölüşüb. Həmçinin Pedro da instaqram hesabı vasitəsilə xanımı ilə birlikdə Dubay səhralığından şəkil paylaşıb. "Sambaçı"nın "yenilənən enerji" başlığını qoyduğu fotoya azarkeşlər də rəy bildiriblər.

Qeyd edək ki, Çempionlar Liqasının II turunda "Roma" ilə Bakıda keçirilən qarşılaşmada (1:2) "Qarabağ"ın yeganə qolunun müəllifi Pedro Enrike olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...