Hicran Hüseynova: "Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının yaradılması çətinliklə üzləşirdi"
Ölkə
4 Oktyabr 2017 11:26

Hicran Hüseynova: "Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının yaradılması çətinliklə üzləşirdi"


Bakı. 4 oktyabr. REPORT.AZ/ "Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının hazırlanması obyektiv və subyektiv səbəblərdən çətinliklərlə üzləşirdi". 
"Report" xəbər verir ki, bunu Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının təqdimat mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, bununla bağlı xeyli araşdırmalar aparılıb: "Harada qadınların statusu daha güclüdür, onlar daha müstəqildir, təhsil və iqtisadi baxımdan səviyyəsi yüksəkdir. Həmin cəmiyyətlərdə məişət zorakılığı ilə bağlı problelər asanlıqla öz həllini tapır. Məlumat bankı gender, məişət zorakılığı ilə bağlı hansı bölgələrdə hansı problemlərin olduğunu müəyyən etməyə imkanı yaradacaq. Eyni zamanda, məişət zorakılığının dinamikasını izləməyə imkan verəcək".

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...