İxtiraçıya aid dəhşətli görüntülər tapıldı: başı kəsilib, yandırılan qadın cəsədləri - FOTO
Dünya
4 Oktyabr 2017 11:34

İxtiraçıya aid dəhşətli görüntülər tapıldı: başı kəsilib, yandırılan qadın cəsədləri - FOTO


Dənizdən başsız cəsədi tapılan isveçli jurnalist Kim Vall cinayəti ilə bağlı araşdırmalar davam etdirilir.

Milli.Az BBC-yə istinadla bildirir ki, Kimin öldürülməsində şübhəli olaraq saxlanılan ixtiraçı Peter Madsenə aid disk tapılıb. Diskdə başı kəsilərək öldürülən qadınların videosu olub. Peter isə diskin ona aid olmadığını söyləyib.

Prokurorluqdan verilən məlumata görə, videoda işgəncə verilən, başı kəsilib, yandırılan qadınlar əks olunub. Həmçinin bildirilib ki, görüntülər hər hansı filmdən deyil, gerçəkdir.

Jurnalistin sualtı qayıqda öldüyü deyilsə də, necə ölməsi barədə dəqiq məlumat yoxdur.

Kim Vallın əlsiz, ayaqsız və başsız cəsədi Danimarkanın paytaxtı Kopenhaqendə, Koge Bay limanında tapılıb.

Kim Vall avqust ayından etibarən axtarışda idi. O, axırıncı dəfə danimarkalı ixtiraçı Peter Madsen ilə görüşüb. İxtiraçı Kimin yoxa çıxmasından sonra onun ölümündə şübhəli bilindiyinə görə tutulub.

Onlar 18 metrlik "UC3 Nautilus" sualtı qayığında birlikdə olublar. Madsen ifadəsini dəyişmədən öncə bildirmişdi ki, bədbəxt hadisə baş verib, Vall ölüb, o da onu quruda basdırıb.

Madsen İsveçlə Danimarka arasında batan sualtı qayıqdan sağ çıxıb. Polislər düşünür ki, o, qayığı qəsdən batırıb.

46 yaşlı sahibkar, rəssam, sualtı qurucusu və aviasiya mühəndisi Madsen isə jurnalisti öldürmək barədə deyilənləri qəbul etmir.

Qeyd edək ki, Kim Vall 30 yaşlı müstəqil jurnalist idi. O, "The Guardian", "The New York Times" qəzetləri üçün çalışıb. Kim Madsen ilə intervyu üçün görüşüb.

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...