Səfir: "Azərbaycana qarşı tənqid saxta və mütəşəkkildir" - VİDEO
Ölkə
4 Oktyabr 2017 11:34

Səfir: "Azərbaycana qarşı tənqid saxta və mütəşəkkildir" - VİDEO


Azərbaycana qarşı tənqid saxta və mütəşəkkildir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov "Euroactiv" saytına müsahibəsində deyib.

Diplomat qeyd edib: "Biz Avropaya nə qədər yaxınlaşırıqsa, bir o qədər də tənqid eşidirik. Bu cəhdlərin arxasında kimlərin dayandığını bilirik".

F.İsgəndərov bildirib ki, hər iki tərəf - Azərbaycan və Avropa daha sıx münasibətlərin olmasını istəyir: "Azərbaycan Avropa bazarına nə qədər yaxın olsa, tərəflər üçün həm iqtisadi, həm də siyasi baxımdan daha yaxşı olar".

Səfir əlavə edib ki, bununla belə, daim münasibətlərin inkişafına mane olmağa çalışan bir sıra qüvvələr var:

"Biz 2017-ci ilin fevralında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlara başlamışıq və bu qısa müddət ərzində 5 danışıqlar raundu keçirmişik".

O deyib ki, bəzi qüvvələr Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafına və ya ən azı, bir sıra siyasi qərarların qəbul edilməsinə mane olmaq üçün süni tənqiddən istifadə edirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...