Bakıda çökən yol bərpa edilir
Digər
4 Oktyabr 2017 12:02

Bakıda çökən yol bərpa edilir


Bakıda yeni istifadəyə verilmiş yolda çökmə baş verib.

Metbuat.az bildirir ki, hadisə Nizami rayonunun Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində qeydə alınıb. Yolun kanalizasiya kollektoru olan hissəsinin çökməsi nəticədə böyük çuxur əmələ gəlib. Yaranan çuxura görə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.  

Problemlə bağlı Metbuat.az-a açıqlama verən “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hazırda ərazidə bərpa işləri aparılır:

“Həmin yolun altından keçən kanalizasiya kollektorunda qəza baş verdib, yol çöküb. Nəticədə yolun hərəkət hissəsində 2-3 metr dərinlikdə çökmə qeydə alınıb. Əraziyə cəlb olunan “Azərsu” ASC-nin əməkdaşları tərəfindən çirkab suların axıdılmasının qarşısı alınıb və bərpa işləri aparılır. İşlər yekunlaşan kimi yolun bərpasına başlayacağıq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...