Rusiya Sərkisyanın qarşısına İKİ SEÇİM QOYDU: ya “Lavrov planı”, ya da... - İRƏVANDAN ETİRAF
Digər
4 Oktyabr 2017 12:03

Rusiya Sərkisyanın qarşısına İKİ SEÇİM QOYDU: ya “Lavrov planı”, ya da... - İRƏVANDAN ETİRAF


ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərə hazırlaşır. Səfərin əsas məqsədi prezidentlərin görüşünün razılaşdırılmasıdır. Ekspertlər güman edir ki, həmsədrlər buna nail olacaqlar. Maraqlıdır ki, prezidentlərin görüşünün təşkili haqda söz-söhbətin gəzdiyi vaxt Rusiya mediası “Lavrov planını” yenidən gündəmə gətirir. Ermənistan mediası isə yazır ki, prezidentlərin görüşündə Qarabağ ətrafındakı ərazilərin qaytarılmasını, daha sonra yekun statusun müzakirəyə çıxarılmasını nəzərdə tutan “Lavrov planı” razılaşdırılacaq. Əks təqdirdə müharibə qaçılmazdır və yeni toqquşma istəməyən Rusiya İrəvanı buna məcbur edəcək.

Publika.az
xəbər verir ki, erməni siyasi şərhçi Aram Amatuni bu plana razı olmayacağı təqdirdə Sarkisyanın Rusiya tərəfindən devrilə biləcəyini yazıb.

Onun sözlərinə görə, görüş ərəfəsində Sarkisyana Rusiyadan psixoloji təzyiqlər artır: “Məsələ ondadır ki, prezidentlərin görüşü danışıqlar prosesində yeni mərhələ ola bilər. Ən azından danışıqların daha aktiv davamı başlanacaq. ABŞ və Fransa həmsədrləri qabağa düşərək, prezidentlərin görüşünü təşkil etməyə çalışır. Lakin onların təşkil edəcəyi danışıqlar sadəcə olaraq yamsılama olacaq və əsas məqsəd yeni toqquşmaların qarşısını almaqdır. Bakı bunu yaxşı anlayır və imitasiya danışıqları ona sərf etmir. Digər tərəfdən, regionda sabitlik Rusiyanın marağında olsa da, Moskva təşəbbüsü əldən vermək istəmir. Buna görə də prezidentlərin görüşünü təşkil etmək və müəyyən ciddi irəliləyişə nail olmaq üçün Ermənistana təzyiq edir”.

A.Amatuni qeyd edir ki, Ermənistan hazırda kifayət qədər gərgin mərhələyə daxil olur.

Asif

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...