Kataloniya hədələdi: Bir neçə gün sonra... - VİDEO - FOTO
Maraqlı
4 Oktyabr 2017 12:04

Kataloniya hədələdi: Bir neçə gün sonra... - VİDEO - FOTO


Referendum keçirən və xalqın mövqeyini bütün dünyaya çatdıran Kataloniya yaxın günlərdə dövlət müstəqilliyini bəyan edəcək.

Milli.Az bildirir ki, Kataloniya hökumətinin (Jeneralitat) rəhbəri Karles Puçdemon BBC-yə verdiyi müsahibəsində belə deyib.

"Bu həftənin sonunda və ya gələn həftənin əvvəlində müstəqilliklə bağlı bəyanatımız olacaq. İspaniyanın mərkəzi hakimiyyəti prosesə müdaxilə edərsə, çox pis, fəsadlı sonuclar olacaq. İndi Kataloniya Muxtariyyətinin hökuməti ilə rəsmi Madrid arasında heç bir əlaqə yoxdur", - K.Puçdemon deyib.

İspaniyanın mərkəzi hakimiyyəti oktyabrın 1-də Kataloniyada keçirilmiş referendumu tanımayıb.

Barselona isə bəyan edib ki, Kataloniya Muxtariyyətindəki 5,2 milyon seçicinin 2,2 milyon nəfəri referendumda səs verib. Onların təqribən 90 faizi Kataloniyanın müstəqilliyinin lehinə səs verib.

İspaniya kralı 6-cı Felipe Kataloniyada keçirilmiş referendumu qanunsuz adlandıraraq söyləyib: "Regionun hökuməti Madridə yolverilməz itaətsizlik göstərdi və bunun məqsədi İspaniyanın vəhdətinə zərbə vurmaqdır".

Dünən Kataloniyada ümummilli etiraz tətili keçirilib. Aksiya iştirakçıları bölgədəki əsas yolları bağladıqları üçün çoxsaylı tıxaclar yaranıb. Barselonadakı ən böyük "Merkbarna" bazarı boşalıb, buradakı 770 şirkət işi dayandırıb.

Barselona limanı və metrosu da işləmirdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kataloniya hədələdi: Bir neçə gün sonra...



























loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...