Azərbaycan çempionunun oyunu latviyalılara tapşırıldı
İdman
4 Oktyabr 2017 12:14

Azərbaycan çempionunun oyunu latviyalılara tapşırıldı


Qadın həndbolçular arasında EHF kubokunun II təsnifat mərhələsini idarə edəcək hakimlər müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Nur"un "Viborq"la görüşlərində ədaləti qoruyacaq referilər də dəqiqləşib. 

Oktyabrın 14-də Danimarkada baş tutacaq qarşılaşma latviyalı hakimlər briqadasına həvalə edilib. Görüşdə Vadim Jaskinlə Eduard Zabko söz sahibləri olacaqlar.

Bir gün sonra Viborqda baş tutacaq ikinci oyunu da bu hakimlər idarə edəcəklər. Matçda Avropa Həndbol Federasiyasının nümayəndəsi isə rusiyalı Lyudmila Bodniyeva olacaq.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...