Ev sahibini arvadı ilə tutub başını kəsən ər MƏHKƏMƏ QARŞISINDA
Digər
4 Oktyabr 2017 12:17

Ev sahibini arvadı ilə tutub başını kəsən ər MƏHKƏMƏ QARŞISINDA


 

 

Kirayə yaşadığı mənzildə arvadını ev sahibi ilə tutaraq həmin şəxsin başını kəsən İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilə prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı oktyabrın 9-a təyin edilib.

 

 

Qeyd edək ki, hadisə bu il apreldə Binə südçülük sovxozu adlanan ərazidə baş verib. Orada kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirilib. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub. İlkin araşdırmalarla müəyyən edilib ki, İ. Əhmədov uzun müddətdir, F. İsmayılovun evində kirayədə yaşayıb. F. İsmayılov İ. Əhmədovun onun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. O, səhər işə getmək adı ilə evdən çıxıb və tez geri dönüb. Evə qayıdarkən isə İ. Əhmədovu həyat yoldaşı ilə bir yerdə tutub. Nəticədə onların arasında dava düşüb və İ. Əhmədov F. İsmayılovu bıçaqlayıb. Hadisəni törədən İ. Əhmədov saxlanılıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 oktyabr

Astroloji proqnoz - 19 oktyabr

19 Oktyabr 2017 00:13
Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...