“Fədayə Laçın mənə qədər bir neçə oğlanla...” - Tacirdən EŞQ ETİRAFI
Şou-Biznes
4 Oktyabr 2017 12:18

“Fədayə Laçın mənə qədər bir neçə oğlanla...” - Tacirdən EŞQ ETİRAFI


Müğənni Tacir Şahmalıoğlu bir zamanlar duet ortağı olan həmkarı Fədayə Laçınla sevgili olması barədə gəzən şayiələrə toxunub.

Publika.az-ın məlumatına görə, “Show time” verilişində qonaq olan ifaçı bir neçə il öncə söylədiyi “Fədayə ilə münasibətim olub” sözlərini danıb:

“Ailəm var, balalarım var. Ailəmin bir tükünü milyon insana dəyişmərəm. Duet ortaqlığı belədir ki, biz məcburən bir yerdə olurduq. Bir yerdə olanda deyirlər ki, sevgili həyatı yaşayırıq. Bəlkə Fədayə xanım məni sevirmiş, mənim bundan xəbərim olmayıb. Fədayə xanım çox şey deyə bilər. Mən onunla sevgili olmamışam. Sevmək? Sevmək ancaq qızla oğlan arasında olur. O, mənə qədər bir neçə insanla tanış olub. Mən onla necə sevgi yaşaya bilərəm ki? Fədayə çox şey deyə bilər. Amma mənim ailəm var”.

Qeyd edək ki, T.Şahmalıoğlu illər öncə ATV-nin “Düz üzünə” verilişində Fədayə Laçınla sevgili münasibətdə olduğunu etiraf etmişdi: “Bəli, Fadayə Laçınla çalışdığım 6 il müddətində onunla qadın-kişi münasibətində olmuşuq, amma buna sevgi deməzdim”.

F.Laçın isə həmkarı ilə münasibəti barədə danışarkən bu sözləri demişdi: “Bura Azərbaycandır, balaca yerdir. Yalan danışmağın adı yoxdur, hamı bir-birini tanıyır. Biz Tacir bəylə 6 il çalışdıq. Sevgili söhbətlərini 20 il sonra gündəmə gətirdilər. Yəni, həmin vaxt mənim 20-21 yaşım var idi. O yaşadıqlarım uşaqlıq illərimin ağ vərəq hissəsi idi. Amma indi bu barədə çox danışmıram. Çünki övladım mənə baxır. İndi mənim sevdiyim də, hər şeyim də oğlumdur”.

Pərviz Hüseyn

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...