Hər il dünyada 2,5 mln insan bu səbəbdən ölür
Digər
4 Oktyabr 2017 12:22

Hər il dünyada 2,5 mln insan bu səbəbdən ölür


"Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə qeydə alınan şəxslərin ümumi sayı 2016-cı ildə 21 min 909 nəfər, onlardan 863 nəfər qadın olub".  

Bu barədə Səhiyyə Nazirliyindən Metbuat.az-a məlumat verilib. 2011- ci ildə analoji göstərici 19 min 765 nəfər- onlardan 857 nəfər qadın, 2008- ci ildə 18 min 298 nəfər- onlardan 836 nəfər qadın, 2005-ci ildə 18 min 199 nəfər- onlardan 871 nəfəri qadın olub.

ÜST-nin məlumatlarına görə, dünyada ölüm hadisələrinin təxminən 4%-i bu və ya digər dərəcədə alkoqoldan sui istifadə və bundan əmələ gələn xəstəliklər ilə əlaqəlidir. Hər il dünyada 2,5 mln insan bu səbəbdən həyatını dəyişir, onlardan 320 min nəfəri 15-29 yaşlı şəxslərdir. Ölüm hadisələri və əlilliyə səbəb kimi alkoqoldan sui-istifadə risk faktorları arasında III yer tutur. Ürək-damar xəstəlikləri, sinir sisteminin degenerativ xəstəlikləri, qaraciyər, mədəaltı vəzi və onkoloji xəstəlikləri mütəmadi alkoqol qəbulu ilə sıx statistik əlaqəsi ÜST-nin məlumatları ilə təsdiqlənir.

Alkoqoldan sui istifadə zorakı ölüm və travmatizasiya statistikasına ciddi təsir göstərir. Ailədə zorakılıq, uşaqlara zor tədbiq etmək hallarında alkoqol sərxoşluğunun təsiri çox yüksəkdir.

2010-cu ilin may ayında Cenevrədə keçirilən Beynəlxalq Səhiyyə Assambleyasında “Alkoqoldan sui istifadə edilməsinin azaldılması strategiyası” qəbul olunub. Məsləhət xarakteri daşıyan bu sənədə, ÜST-na daxil olan 194 ölkənin Səhiyyə Nazirləri imza atıblar.

Aysel Yaqubqızı / Metbuat.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...