Avropa çempionatı təxirə salındı
İdman
4 Oktyabr 2017 12:24

Avropa çempionatı təxirə salındı


Ağırlıqqaldırma üzrə 2018-ci il Avropa çempionatı təxirə salınıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rusiya Ağır Atletika Federasiyasının prezidenti Maksim Aqapitov TASS-a açıqlamasında bu barədə məlumat verib.

Səbəb dopinq qalmaqalı ilə əlaqədar qitənin 7 ölkəsi - Azərbaycan, Belarus, Moldova, Rusiya, Ermənistan, Türkiyə və Ukraynanın bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsidir.

M.Aqapitovun sözlərinə görə, 22 - 31 martda Türkiyənin Antalya şəhərində keçirilməsi planlaşdırılan qitə çempionatı 2018-ci ilin payızında baş tuta bilər.

Qeyd edək ki, Azərbaycan yığması 5 atletə görə cəza ilə üzləşib. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), 2012-ci il London olimpiadasında isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...