Zorakılığa məruz qalan qadınlara
Digər
4 Oktyabr 2017 12:32

Zorakılığa məruz qalan qadınlara


Vaxt var idi ki, zorakılığa məruz qalan qadınlar qorxudan səslərini çıxarmırdılar, lakin bu gün həmin qadınlar sərbəst şəkildə müvafiq orqanlara müraciət edirlər.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məişət zorakılığı ilə bağlı elektron məlumat bankının təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, zorakılıq hallarının aşkarlanması üçün cəmiyyət aktiv olmalıdır: "Bu gün bir çoxları "qonşuda baş verənlərin mənə aidiyyatı yoxdur" deyə fikirləşirlər. Ancaq bu, səhv düşüncədir. Belə məsələlər bütün cəmiyyətin problemidir".

H.Hüseynova hesab edir ki, zorakılıqla bağlı elektron məlumat bankının yaranması cəmiyyətin bu sahə üzrə fəallığının artmasına təsir göstərə bilər.//Trend

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...