Bakıda ali məktəblərdə terror planlaşdıran şəxsə cəza istənildi
Ölkə
4 Oktyabr 2017 12:34

Bakıda ali məktəblərdə terror planlaşdıran şəxsə cəza istənildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və digər cinayətlərdə ittiham olunan Fərid Sadıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, F. Sadıqovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Proses oktyabrın 6-da davam edəcək.
 
İttihama görə, "Əbdülxaliq" dini ləqəbli Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib.
Onlar Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazaları, lombardlara hücum etməyi planlaşdırıblar.
 
Dəstə üzvləri DTX-nın keçirdiyi əməliyyat zamanı öldürülüb, F. Sadıqov isə sonradan həbs edilib. O, Cinayət Məcəlləsinin 218.1 (cinayətkar birliyin üzvü olma), 214 (terrorçuluğa hazırlıq) və digər maddələri ilə ittiham edilib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...