"PAŞA Bank" 2017-ci ilin ilk 6 aylıq maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat
4 Oktyabr 2017 12:37

"PAŞA Bank" 2017-ci ilin ilk 6 aylıq maliyyə nəticələrini açıqlayıb


Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ bankı olan "PAŞA Bank" 30 iyun 2016-cı il tarixinə bitən 6 ay üzrə özünün və törəmə banklarının (PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş.) maliyyə nəticələrini mətbuat konfransında açıqlayıb.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Tədbirdə əsas spiker qismində Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva çıxış edib.

"PAŞA Bank" 476,854 min AZN təşkil edən məcmu kapitalına görə ən iri kommersiya bankı mövqeyini qoruyub saxlamışdır. Eyni zamanda, bank 2017-ci ilin ilk 6 ayı ərzində 58,636 min AZN dividend ödəmişdir.

Hesabata əsasən, Bank keçən ilin ilk 6 ayı ilə müqayisədə xalis mənfəətini iki dəfə artırmışdır. Bankın xalis mənfəəti 30 İyun 2017-ci il tarixinə bitən 6 ay üzrə 50,324 min AZN olmuşdur ki, bu məbləğ keçən ilin ilk 6 ayı üçün 24,416 min AZN təşkil etmişdir. 30 İyun 2017-ci il tarixinə faiz gəlirləri 132,453 min AZN səviyyəsinə çatmışdır. 30 İyun 2016-cı il tarixinə bu məbləğ 65,372 min AZN olmuşdur.

Qeyri-faiz gəlirləri 30 iyun 2017-ci il tarixinə 33,805 min AZN təşkil etmişdir ki, bu da ümumi əməliyyat gəlirlərində 31% pay deməkdir. Bankın ümumi əməliyyat gəlirləri keçən illə müqayisədə 25% artaraq 107,753 min AZN səviyyəsinə çatmışdır. Qeyri-faiz gəlirlərinin əsas hissəsini dilinq əməliyyatlarından gəlir təşkil edir – 26,523 min AZN və ya 78%. Bu o deməkdir ki, dilinqdən gəlirlərin ümumi əməliyyat gəlirlərdəki payı 24%-dir. Xalis haqq və komissiya gəlirləri 5,037 min AZN təşkil edir ki, bu da qeyri-faiz gəlirlərinin 15%-i, ümumi əməliyyat gəlirlərinin isə 5%-i deməkdir.

30 iyun 2017-ci il tarixində bitən 6 ay üzrə Bankın ümumi əməliyyat xərcləri keçən ilin eyni dövrü ilə müqayisədə 8% artaraq 42,629 min AZN təşkil etmişdir. 30 iyun 2017-ci il tarixində bitən 6 ay üçün xərcin gəlirə nisbəti əmsalı 40%-dək enmişdir. 2016-cı ilin eyni dövrü üçün həmin məbləğ müvafiq olaraq 45% təşkil etmişdir. "PAŞA Bank" hazırda xərclərin hesablanması metodologiyasını tətbiq edir. Bu təşəbbüs məhsul və seqmentlərin təhlili üçün daha dəqiq məlumat əldə etməyə imkan verəcək. Bu da öz növbəsində qiymətlərin formalaşması mexanizminə öz müsbət töhfəsini verəcək.

Öz aktivlər portfelinin şaxələndirilməsi ilə bağlı qəbul etdiyi strateji qərar nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin düzgün balansını saxlamağa nail olmuşdur. 30 iyun 2017-ci il tarixinə "PAŞA Bank"ın məcmu aktivləri 3,614,019 min AZN təşkil etmişdir ki, bu da 2016-cı ilin müvafiq tarixində qeydə alınmış 3,289,845 min AZN ilə müqayisədə 10% artım deməkdir.

30 iyun 2017-ci il tarixinə Bankın aktivləri aşağıdakılardan ibarətdir:

Pul vəsaitləri və onların ekvivalentləri – 40.2%

Müştərilərə verilmiş kreditlər – 32.9%

Kredit təşkilatlarından alınacaq məbləğlər – 18.5%

İnvestisiya qiymətli kağızları – 4.6%

Digər aktivlər – 3.7%

Bankın məcmu kreditləri 30 iyun 2017-ci il tarixinə 1,259,945 min AZN məbləğinə çatmışdır. Bu 2016-cı ilin sonu ilə müqayisədə 8% artım deməkdir.

30 iyun 2017-ci il tarixinə kredit portfelinin effketiv ehtiyat dərəcəsi 5.5% olmuşdur. Bu faiz dərəcəsi 31 dekabr 2016-cı il tarixinə olan 5.3% göstərici ilə müqayisədə stabil qalmışdır. Kredit portfelinin keyfiyyəti Bankın əsas hədəflərindən biridir və ciddi nəzarət altındadır. "PAŞA Bank"ın olduqca əhatəli kreditvermə və risk qiymətləndirmə prosesi var. O cümlədən, bu proses Bankın kredit risk mütəxəssisləri tərəfindən mütəmadi olaraq təkmilləşdirilir. Bütün bu prosedurlar ehtiyat məbləğində ciddi dəyişiklik və gözlənilməz nəticələrin qarşısını alır və məqbul proqnozların verilməsinə şərait yaradır.

"PAŞA Bank" illər ərzində formalaşdırdığı münasibətlərə və xidmətlərinin keyfiyyətinə əsaslanan müştəri bazasını artırmaqda davam edir. 30 iyun 2017-ci il tarixinə müştəri hesabları ilin sonu ilə müqayisədə 15% artaraq 2,702,754 min AZN səviyyəsinə çatmışdır. Nəticədə, məcmu kreditlərin müştəri hesablarına nisbəti əmsalı 2016-cı ilin sonunda müşahidə olunan 50% göstəricili ilə müqayisədə azalaraq 47% olmuşdur.

Bankın 30 iyun 2017-ci il tarixinə məcmu kapitalın adekvatlıq əmsalı 15% olmuşdur (31 dekabr 2016-cı il tarixində bu göstərici 20% təşkil etmişdir). 30 iyun 2017-ci il tarixinə likvidlik əmsalı 112% təşkil etmişdir. Qeyd edək ki, 2016-cı ilin sonuna bu göstərici 136% olmuşdur. Əmsalın dəyişməsi tələbli depozitlərin 47% artması ilə izah olunur.

"PAŞA Bank" müştərilərə rəqabət qabiliyyətli və mütərəqqi məhsullar təklif etməklə korporativ və KOS sektorda payını daha da artırmaq və Azərbaycan bazarında öz lider mövqeyini qoruyub saxlamaq üzərində çalışır.

Aktivlərin keyfiyyəti və müştərilər üçün düzgün maliyyə qərarlarını qəbul edilməsi hələ də bir nömrəli prioritetdir və Bank ildən ilə bu yanaşmanı daha da təkmilləşdirməyə sərmayə yatırmağı davam etdirir. Azərbaycanda regional yerli banka çevrilməklə, "PAŞA Bank" yerli bankçılıqda münasibətlərə köklənmiş bankçılıq və kredit risklərinin anderraytinqi konsepsiyasını təqdim etmişdir, bu isə aktivlərin keyfiyyətində və dəyişkən iqtisadi mühitdə belə gəlirin əldə edilməsində özünü büruzə vermişdir. İddiali bir bank olaraq "PAŞA Bank" son illərdə yeni zirvələri dəf edərək regional Banka çevrilmişdir. Daha geniş miqyasda fəaliyyət göstərən Bank gündəlik əsasda qəbul edilən hər bir qərarda öz məsuliyyətini bütünlüklə dərk edir. Investisiya və maliyyə aspektləri ilə bağlı qərarlar müvafiq ölçü vahidlərinə əsaslanır və uzunmüddətli və davamlı artım konsepsiyasını əks etdirir. Bank BMHS-na müvafiq olaraq yerli bank seqmentində unikal və mürəkkəb daxili və xarici maliyyə hesabatlılıq standartlarını tətbiq etməklə öz tərəfdaşları qarşısında ən yüksək hesabatlılıq yanaşmasını nümayiş etdirir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...