Azərbaycanda məişət zorakılığının
Digər
4 Oktyabr 2017 12:42

Azərbaycanda məişət zorakılığının


Azərbaycanda məişət zorakılığına məruz qalanların 85 faizi qadınlar, 14,5 faizi kişilərdir.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova deyib.

O bildirib ki, zorakılığa yalnız qadınlar deyil, kişilər də məruz qalır: "Ailə daxilində hər kəs zorakılığa məruz qala bilər, kişilər də bu baxımdan istisna deyil".

A.Veysəlova bildirib ki, məişət zorakılığına məruz qalanlar arasında yetkinlik yaşına çatmayanlar da var: "Zorakılığa məruz qalanlar arasında ümumi orta təhsil ala bilməyən uşaqlar da var. Ona görə də uşaqların təhsilə davamiyyəti gündəmə gəlməlidir".

A.Veysəlova qeyd edib ki, zorakılığa məruz qalanların 74 faizi evli, 89,8 faizi orta təhsillidir. //Trend

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...