Azərbaycana qarşı ögey münasibət
Digər
4 Oktyabr 2017 12:42

Azərbaycana qarşı ögey münasibət


Avropada separatizmin güclənməsi Qərbin uzun illərdir davam edən ikili standartlar siyasətinin nəticəsidir. 

Qərbin dünyanın müxtəlif ölkələrində separatizmə laqeyd münasibəti, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünə etnizasızlıq göstərilməsi, işğalçıya, separatçı qüvvələrə münasibətdə ikili standartlardan çıxış etməsi artıq öz fəsadlarını verir. İspaniyanın Kataloniya bölgəsində uzun illər davam edən separatçı hərəkatın ölkənin ərazi bütövlüyünü sual atında qoyması məhz ikli standartlar siyasətinin Qərbin özünə qarşı çevrilməsinin açıq təzahürüdür.

Dünya birliyi, xüsusən Qərbin aparıcı ölkələrinin separatçı rejimi dəstəkləməsi, ikili standar siyəsəti yeritməsi Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də özünü açıq şəkildə göstərir.

Siyasi şərhçi Mübariz Əhmədoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanımır:

“Qərb ümumilikdə separatizmi qəbul etmir, ərazi bütövlüyü prinsipini dəstəkləyir. Açıq şəkildə deyir ki, İspaniyanın ərazi bütövlüyünü dəstəkləyirəm, referendumu dəstəkləmirəm. İraq Kürdüstanındakı referendumu tanımıram, ərazi bütövlüyünü tanıyıram. Ancaq Azərbaycanın ərazi bütövlüyünü tanımır. Problem elə bu zaman yaranır. Azərbaycanın narazılığı bundan ibarətdir ki, Qərb niyə Azərbaycana qarşı bu cür ögey münasibət gəstərir?! Qərb başa düşməlidir ki, Azərbaycanın Qərbdən olan narazılığı əsaslı narazılıqdır. Bu cür ciddi qüsurlar aradan qaldırılmalıdır. Və onlar başa düşməlidir ki, Cənubi Qafqaz, Azərbaycan olmadan olmadan ABŞ-ın Cənubi Qafqaz siyasəti olmaz”.

Xəyalə Məmmədova / METBUAT.AZ

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...