Terror aktının təşkil edildiyi otel otağının
Dünya
4 Oktyabr 2017 12:42

Terror aktının təşkil edildiyi otel otağının


ABŞ rəsmiləri Las-Veqasda törədilən silahlı hücumla bağlı yeni məlumat açıqlayıblar.

Metbuat.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, 66 yaşlı ABŞ vətəndaşı Stiven Paddok təxminən 2 il poçtalyon işləyib, 10 ildən çox isə vergi dairəsində çalışıb.

Las-Veqas şerifi Cozef Lombardo bildirib ki, silahlı hücumda həyatını itirən 59 nəfərdən 56-nın şəxsiyyəti müəyyən edilib.

ABŞ mətbuatının xəbərinə görə, hadisəni törədən Stiven Paddok ötən həftə Filippindəki bank hesabına 100 min dollar pul köçürüb.

Bundan əlavə, 59 adamın öldüyü silahlı hücumun təşkil edildiyi otelin 32-ci mərtəbəsinin fotoları yayımlanıb. Fotolarda hadisəni törədən şəxsin meyiti də görünür.

Qeyd edək ki, Las-Veqasda törədilən terror nəticəsində 59 nəfər həyatını itirib, 525 nəfər isə yaralanıb. Hadisəni törədən Amerika vətəndaşı Stiven Paddok daha sonra intihar edib. 

Günay Elşadqızı \ METBUAT.AZ

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...