"Həyatımda ilk dəfə bu cür halla qarşılaşdım”
İdman
4 Oktyabr 2017 12:44

"Həyatımda ilk dəfə bu cür halla qarşılaşdım”


Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş "Beşiktaş" - "Leypsiq" matçının (2:0) hakimi Sergey Karasyov maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ölkəsinin televiziya kanalına danışan rusiyalı referi Türkiyədə idarə etdiyi oyunu heç vaxt unutmayacağını bildirib.

Bu vaxta qədər bir çox turnirdə və stadionda hakimlik etmiş Karasyov "Vodafone Park"dakı atmosferi heç yerdə görmədiyini deyib: "Beşiktaş"ın azarkeşləri, həqiqətən, çox fərqlidi. Komandalarına elə dəstək olurdular ki, matç ərzində köməkçilərimlə ünsiyyət qura bilmirdim. Stadionda çox yüksək səs var idi. Karyeramda ilk dəfə bu cür halla qarşılaşdım".

Matçın ilk hissəsində "Leypsiq"in futbolçusu Timo Verner səsdən narahat olaraq, əvəzlənməsini istəmişdi. Həkimlər arenadakı səsi eşitməməsi üçün ona qulaqcıq taxsalar da, bunun da bir xeyri olmamışdı. Nəticədə məşqçilər korpusu 32-ci dəqiqədə Verneri əvəzləmək məcburiyyətində qalmışdı.

Bu haqda da danışan 38 yaşlı hakim almaniyalı hücumçunun matç ərzində ona heç nə demədiyini bildirib: "Verner oyundan çıxandan əvvəl bizimlə dialoq qurmadı. Zədəsi olmadığından, erkən əvəzlənməsinə təəccübləndik. Bir neçə gün sonra mətbuatdan öyrəndik ki, bu dəyişikliyin zədə ilə heç bir əlaqəsi yox imiş".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...