ABŞ prezidenti kağız dəsmal payladı - VİDEO - FOTO
Maraqlı
4 Oktyabr 2017 12:44

ABŞ prezidenti kağız dəsmal payladı - VİDEO - FOTO


ABŞ prezidenti Donald Tramp və xanımı Melaya Tramp "Mariya" qasırğasının viran qoyduğu Puerto-Rikodadır.

Milli.Az CBS-ə istinadən bildirir ki, ABŞ-ın protektoratı altında olan ada-dövlətin, ABŞ-ın 51-ci ştatı sayılan Puerto-Rikonun paytaxtı San-Xuanın qubernatoru Karmen Yulin Kruz qarşılayıb.

D.Tramp Quaynabo şəhərindəki "Calvary Chapel" kilsəsində yerli sakinlərlə görüşüb.

Orada ilk əvvəl sakinlərə humanitar yardım qismində ərzaq paylayan ABŞ prezidenti daha sonra kağız dəsmalları kütləyə atmağa başlayıb.

Sonda o, ilk sırada durmuş sakinlərlə selfi çəkdirib.

"Bu otaqda nə qədər sevgi var..." - D.Tramp deyib.

Moody`s Analytics-in hesablamalarına görə, "Mariya" qasırğası Puerto-Rikoya 95 milyard dollar həcmində zərər vurub.

Puerto-Riko rəhbərliyinin "ABŞ-ın federal hakimiyyəti bizə yetərincə yardım etmir" ittihamlarına cavab olaraq D.Tramp dünən San-Xuanın meri Karmen Kruzu "çox pis liderlik qabiliyyətinə malik insan" adlandıraraq demişdi: "Bu adanın bəzi sakinləri istəyirlər ki, hər işi onların əvəzinə görsünlər".

Kruz da D.Trampı humanitar fəlakətdən siyasi mübahisələr üçün yararlanmaqda suçlamışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

ABŞ prezidenti kağız dəsmal payladı




















































loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...