Oğlan internetdə tanış olub, üzünü görmədiyi qıza 35 min xərclədi, qız "yoxa çıxdı" - FOTO
Maraqlı
4 Oktyabr 2017 12:44

Oğlan internetdə tanış olub, üzünü görmədiyi qıza 35 min xərclədi, qız "yoxa çıxdı" - FOTO


Türkiyənin Gaziantep şəhərində yaşayan 25 yaşlı oğlan dələduzluqla bağlı polisə şikayət edib.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, M.K. internetdə tanış olduğu, heç üzünü belə görmədiyi 23 yaşlı  "sevgilisi" Özlem S.G.-ni polisə verib. Oğlan şikayətində bildirib ki, sosial şəbəkədə tanış olub, yazışdığı Özlem onu aldadaraq soyub. Belə ki, qız bir müddət yazışdıqdan sonra əvvəlcə oğlana telefon almaq istədiyini, bunun üçün pulunun çatmadığını söyləyib, oğlan isə ona 2 min lirə (təxminən 1000 manat) göndərib. Qız daha sonra oğlanın saflığından istifadə edib və onu əri kimi gördüyünü söyləyib və yalanlarla onun xeyli pulunu alıb. Özlem pulları bank vasitəsi ilə götürdükdən sonra nömrəsini dəyişib, hesabını bağlayıb.

Polisə şikayət edən M.K bildirib ki, o, tanımadığı, üzünü görmədiyi qız üçün avtomobilini satıb, ona ümumilikdə 35 min lirə (təxminən 17 min manat) göndərib.

Qeyd edək ki, M.K-ya Hatay dövlət xəstəxanasında tibb bacısı işlədiyini söyləyib, iyun ayından bəri onu "bişirən" Özlemin başqa bir nəfəri də aldatdığı məlum olub.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində








loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 oktyabr

Astroloji proqnoz - 19 oktyabr

19 Oktyabr 2017 00:13
Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...