Azərbaycan bankları bu ilin ilk 8 ayını 350 mln. manat xalis mənfəətlə başa vurub
İqtisadiyyat
4 Oktyabr 2017 12:51

Azərbaycan bankları bu ilin ilk 8 ayını 350 mln. manat xalis mənfəətlə başa vurub


Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan bank sektorunun aktivləri bu il sentyabrın 1-nə 29 491,7 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 6,2% azdır.
Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Bankların aktivlərinin 40,4%-ni və yaxud 11 907,2 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu ilin ilk 8 ayında bankların kredit portfeli 25,3% kiçilib.
8 ay ərzində bankların cəmi öhdəlikləri 10% azalaraq 26 568,2 mln. manat, o cümlədən depozit portfeli 0,8% artaraq 16 535,1 mln. manat olub. Bunun 6 871,7 mln. manatını fiziki şəxslərin depozitləri, 9 663,4 mln. manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib. İlin əvvəlindən əhalinin əmanətləri 7,5% azalıb, şirkətlərin vəsaitləri isə 7,6% artıb.
Yanvar-avqust aylarında bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 64,1% azalaraq 609,3 mln. manata düşüb.
Hesabat dövründə kredit təşkilatlatının balans kapitalı 53,1% artaraq 2 923,6 mln. manata çatıb.
8 ay ərzində bankların faiz gəlirləri 1 292,9 mln. manat, faiz xərcləri 634,2 mln. manat, qeyri-faiz gəlirləri 537,4 mln. manat, qeyri-faiz xərcləri 630,3 mln. manat təşkil edib. Son nəticədə bank sektorunun xalis əməliyyat mənfəəti 565,8 mln. manat olub.
Banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 196,8 mln. manat yönəldib, digər mənbələrdən 2,6 mln. manat gəlir əldə edib, 21,3 mln. manat isə mənfəət vergisi ödəyib. Bununla da Azərbaycanın bank sektoru ilin ilk 8 ayını 350,8 mln. manat xalis mənfəətlə başa vurub. Bunun 134 mln. manatı avqustda əldə edilib. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...