Ermənistan parlamenti müxalifətin təklifini rədd etdi
Dünya
4 Oktyabr 2017 12:53

Ermənistan parlamenti müxalifətin təklifini rədd etdi


Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi İttifaqından çıxışı məsələsinin öyrənilməsi üzrə müvəqqəti parlament komissiyasının yaradılması haqqında qanun layihəsini rədd edib.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinin İrəvan müxbiri bildirib.

Qanun layihəsi “Yelk” müxalifət fraksiyası tərəfindən hazırlanmışdı. Komissiyanın yaradılmasına 10 deputat səs verib, 79-u isə ona qarşı çıxıb. “Yelk”dən başqa, komissiyanın yaradılmasına parlamentin bütün fraksiyaları qarşı çıxıblar.

“Daxildə və xarici siyasətdə hökumətimizin səhvlərini Avrasiya İqtisadi İttifaqının ayağına yazmaq lazım deyil”, - parlamentin vitse-spikeri, “Sarukyan” fraksiyasının nümayəndəsi Mikayel Melkumyan qanun layihəsinin müzakirəsinin gedişatında deyib.

Onun sözlərinə görə, hazırda Rusiyada rəsmən 600 mindən yuxarı erməni miqrantı işləyir, onların real sayı isə bundan iki dəfə çoxdur: “Onlar tərəfindən ölkəyə aylıq ödəmələrin həcmi 150-180 milyon dollar təşkil edir. Avrasiya İqtisadi İttifaqından çıxışın prosesinin formallaşdırması mənfi nəticələrə gətirib çıxaracaq”.

“Daşnaksütyun” fraksiyasının başçısı Armen Rustamyan bildirib ki, onlar da təşəbbüsə qarşı çıxırlar. Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqına alternativ göstərilmir.

“Bizə başqa strateji yol təklif edilmir. Deyilmir ki, Avrasiya İqtisadi İttifaqı ilə əlaqəni kəssək, iqtisadiyyatımız necə olacaq. Bundan başqa, hərbi sfera haqqında analiz yoxdur”, - o deyib.

Qeyd edək ki, “Yelk” 105 yerlik Ermənistan parlamentində 9 mandata malikdir. Fraksiya ölkənin Avrasiya İqtisadi İttifaqının çıxışının vacibliyini, xüsusi halda, ictimai-iqtisadi göstəricilərin azalması və üçüncü ölkələrlə, həmçinin Gürcüstan və İranla iqtisadi münasibətlərin inkişafındakı baryerlərlə izah edirlər.

Daha əvvəl Ermənistanın hakim Respublika Partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, ölkənin ittifaqdan çıxmasının əleyhinədir. Parlamentin Xarici əlaqələr üzrə komissiyanın başçısı Armen Aşotyan bəyan edib ki, “Yelk”in təşəbbüsü Ermənistanın xarici siyasət və xarici iqtisadi maraqlarına uyğun deyil.

Xatırladaq ki, iki həftə əvvəl Bakıya gələn A.Aşotyan Ermənistanın “Putin İttifaqı”ndan (Avrasiya İqtisadi İttifaqını adətən belə adlandırırlar –red.) çıxmayacağını bildirmişdi.

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...